azturkxeber.az
http://azturkxeber.az

İdman Naziri Fərid Qayıbov Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikirici qəbul edib

25-04-2025

Aprelin 25-də gənclər və idman naziri Fərid Qayıbov Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikirici qəbul edib.

Görüşdə Azərbaycan ilə CEV arasında əməkdaşlıq əlaqələri, voleybolun inkişaf perspektivləri və birgə layihələr müzakirə olunub. Tərəflər gələcək əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Görüşdə nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Azərbaycan Voleybol Federasiyasının baş katibi Faiq Orucov və Avropa Voleybol Konfederasiyasının İdarə Heyətinin üzvü Cəlil Cəfərov da iştirak ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930