Daha bir BOKT-a verilmiş lisenziya ləğv olunub
“Premier Kredit” MMC bank olmayan kredit təşkilatına verilmiş lisenziya ləğv olunub.
Mərkəzi Bankdan bildirilib ki, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.1-ci maddəsinə əsasən “Premier Kredit Bank olmayan kredit təşkilatı” MMC tərəfindən təqdim edilmiş ərizədən irəli gələrək Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 23.04.2025-ci il tarixli Qərarı ilə “Premier Kredit Bank olmayan kredit təşkilatı” MMC-yə verilmiş 01.11.2014-cü il tarixli, BKT-29 nömrəli müvafiq lisenziya könüllü əsaslarla ləğv edilib.
“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununun 25.4-cü maddəsinə əsasən, bank olmayan kredit təşkilatı lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ləğv edilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: