azturkxeber.az
http://azturkxeber.az

Ceyhun Bayramovla Kaya Kallas arasında geniştərkibli görüş başlayıb

25-04-2025

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas arasında geniştərkibli görüş başlayıb.

Nazirlikdən bildirilib ki, görüşdə Azərbaycan - Avropa İttifaqı münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, o cümlədən enerji, ticarət, nəqliyyat və yaşıl keçid kimi əməkdaşlıq sahələri, həmçinin Azərbaycanın regional əlaqələr və təmiz enerji təchizatına verdiyi töhfələr müzakirə olunub.

Eyni zamanda postmünaqişə dövrü daxil olmaqla regional təhlükəsizlik məsələləri də görüş zamanı diqqət mərkəzində olub.

C.Bayramov sülh sazişi ilə bağlı rəsmi Bakının uzunmüddətli və prinsipial mövqeyini bir daha vurğulayaraq qeyd edib ki, Ermənistanın konstitusiyasına dəyişiklik edilərək Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması sülh sazişinin imzalanması üçün əsas şərtdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930