azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanı Avropa kata turnirində 6 cüdoçu təmsil edəcək

25-04-2025

Azərbaycanı Avropa kata turnirində 6 cüdoçu təmsil edəcək

Azərbaycan cüdoçuları Polşanın Radom şəhərində keçiriləcək Avropa kata turnirində iştirak edəcəklər.

Azərbaycan Cüdo Federasiyasından bildirilib ki, yarışda milli komandanın 6 cüdoçusu mübarizə aparacaq. Yığma üzvləri “Nage-no-kata” və “Katame-no-kata” üzrə fəndlər nümayiş etdirəcəklər.

“Nage-no-kata” üzrə İsmayıl Rzayev, Natiq Qurbanlı (hər ikisi tori - hücum edən idmançı), Elçin Mayılov, Samir İsmayılov (hər ikisi uke - hücum edilən idmançı) qüvvəsini sınayacaq.

“Katame-no-kata”da isə Rafiq Nəcəfov (tori) və Seymur Məcidli (uke) medallar uğrunda yarışacaqlar.

Qeyd edək ki, aprelin 26-da təşkil olunacaq turnirdə 13 ölkədən 92 cüdoçu (61 kişi, 31 qadın) çıxış edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930