ADY sədri Rövşən Rüstəmov ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb

ADY sədri Rövşən Rüstəmov ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilmiş görüşdə nəqliyyat-logistika sahəsində əməkdaşlıq imkanları müzakirə edilib, ATƏT nümayəndə heyətinə ölkəmizin bu istiqamətdə potensialı haqqında geniş məlumat verilib.
Azərbaycanın tranzit potensialının gücləndirilməsi üçün aparılan islahatlar çərçivəsində Bakı Limanının ADY-yə birləşdirildiyi, bununla da beynəlxalq dəhlizlərlə yükdaşımaların daha səmərəli təşkili üçün yeni imkanların yaradıldığı qeyd edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: