ABŞ Konqresində Azərbaycandakı repressiyalarla bağlı dinləmə keçiriləcək
Aprelin 29-da ABŞ Konqresində Azərbaycandakı repressiyalarla bağlı dinləmə keçiriləcək.
Konqresin Tom Lantos adına insan hüquqları üzrə komissiyasında keçiriləcək tədbirlə bağlı məlumatda deyilir:
"Azərbaycanda insan haqları ilə bağlı vəziyyəti pisdir. "Freedom House"un fikrincə, Azərbaycanın avtoritar rejimində hakimiyyət ağır şəkildə 2003-cü ildən prezident vəzifəsini icra edən İlham Əliyevin və onun ailə üzvlərinin əlində cəmləşib. Korrupsiya geniş vüsət alıb və siyasi müxalifət illərlə davam edən təqiblərlə zəiflədilib. Hakimiyyət son illərdə geniş repressiyalar həyata keçirib..."
Dinləmədə Azərbaycan hökumətinin insan haqları pozuntuları, o cümlədən transmilli repressiya yolu ilə xaricdə törədilən əməllər, korrupsiya ilə insan hüquqlarının pozulması arasındakı əlaqə araşdırılacaq.
Qeyd: Tom Lantos Komissiyası Konqresdə yaradılmış qurumdur. Komissiyanın həmsədrləri Konqres üzvləri olan demokrat Makqovern və respublkaçı Smitdir.