azturkxeber.az
http://azturkxeber.az

Tramp təhsil sahəsində islahatlar aparmaq qərarına gəlib

24-04-2025

Tramp təhsil sahəsində islahatlar aparmaq qərarına gəlib


ABŞ Prezidenti Donald Tramp ali təhsil sahəsində islahatlara yönələn bir sıra sərəncamlar imzalayaraq bütün ölkə ərazisində kollec və universitetlərə təsiri artırmaq qərarına gəlib.

“Bloomberg” agentliyinin məlumatına görə, sərəncamlardan birinə əsasən, təhsil naziri məktəblərin və proqramların işəgötürənlər və kreditorlar üçün etibarlığını təsdiq edən ali təhsilin akkreditasiyası xidmətlərinə yenidən baxmalıdır. Digər fərmana görə isə xaricdən daxil olan vəsaitin mənbəyini açıqlamayan ali təhsil müəssisələrinin maliyyələşməsi dayandırıla bilər.

Məqalə müəlliflərinin fikrincə, bu, Ağ evin təhsil müəssisələrinin daxili siyasətini dəyişdirmək üçün atılan növbəti addımıdır.

Qeyd edək ki, aprelin 22-də Harvard universiteti təhsil müəssisəsinin 2,2 milyard dollarlıq maliyyəsinin bloklanması səbəbindən Donald Tramp administrasiyasını məhkəməyə verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930