azturkxeber.az
http://azturkxeber.az

“Qarabağ”ın polşalı qapıçısı: Mövsümün əvvəlində qarşımıza qoyulan hədəflərə doğru addım-addım irəliləyirik

24-04-2025

“Qarabağ”ın polşalı qapıçısı: Mövsümün əvvəlində qarşımıza qoyulan hədəflərə doğru addım-addım irəliləyirik


Oyun çox çətin keçdi.

Bu sözləri açıqlamasında “Qarabağ”ın polşalı qapıçısı Mateuş Koxalski Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçında “Araz-Naxçıvan”a 3:0 hesabı qalib gəldikləri görüş barədə danışarkən deyib.

O, Naxçıvan klubunun yaxşı komanda olduğunu bildirib: “Rəqib meydanda sonadək döyüşdü. Amma xoşbəxtəm ki, 3:0 hesablı qələbə qazandıq. Bəli, iki fərqli hissə oldu. Lakin yaxşı mübarizə apardıq. Hər matçda qalib gəlmək bizim üçün çox önəmlidir. Bu, komandaya yüksək əhval-ruhiyyə verir”.

24 yaşlı qolkiper yaxşı mövsüm keçirdiklərini söyləyib: “Liqada çempionluğa doğru gedirik, Azərbaycan Kubokunda finala vəsiqə qazandıq. Mövsümün əvvəlində qarşımıza qoyulan hədəflərə doğru addım-addım irəliləyirik. Avrokuboklara ciddi hazırlaşıb, builkindən daha yaxşı oynamaq istəyirik”.

M.Koxalski Ağdam klubunda xoşbəxt olduğunu vurğulayıb: “Komanda ilə daha ikiillik müqaviləm var. Hazırda bütün fikrimi burada qazanmaq istədiyim uğurlara yönəltmişəm”.

Qeyd edək ki, “Qarabağ” iki görüşün nəticəsinə əsasən, Naxçıvan təmsilçisini 3:1 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930