azturkxeber.az
http://azturkxeber.az

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai şuranın yeni tərkibi seçildi

24-04-2025


24 aprel 2025-ci il tarixindəAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai şura üzvlüyünə növbəti seçki keçirilib.

Vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin iştirakı ilə keçirilən seçkinin sonunda möhürlənmiş seçki qutusu açılaraq səslər Seçki Komissiyası üzvlərinin iştirakı ilə hesablanıb. Səsvermədə namizədliyi qeydə alınmış şəxslərdən ən çox səs toplamış 7 nəfər İctimai şuraya üzv seçilib.

Nəticədə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsiyanında İctimai şuranın tərkibi aşağıdakı kimi formalaşıb:

1. Firuzə Rəsulova - “Əlilliyə erkən yardım Portec Şəbəkəsi” İctimai Birliyi

2. Qəmərxanım Cavadlı- Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini

3. Müslüm Məmmədov - “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyi

4. Məryəm Məcidova - “Gender Hub’’ İctimai Birliyi

5. Şəmil Sadiq - “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi

6. Ülvi Əliyev - “Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi” İctimai Birliyi

7. Venera Əsgərova - “Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək”İctimai Birliyi

Qeyd edək ki, Seçkinin təşkili məqsədilə 9 nəfərdən ibarət Seçki Komissiyası yaradılıb və seçkinin keçiriləcəyi ilə bağlı elan verilib. İctimai şuraya üzv olmaq üçün 14 nəfərin namizədliyi təsdiq edilib. Seçki Komissiyasının protokoluna əsasən şuraya üzvlüyün say həddi 7 olaraq təsdiq edilib.


“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şuranın səlahiyyət müddəti iki ildir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930