azturkxeber.az
http://azturkxeber.az

Səudiyyə Ərəbistanı yeni nəhəng “Əbədi Bağ” layihəsini elan edib

23-04-2025


Səudiyyə Ərəbistanının rəsmiləri Qırmızı dəniz sahilində daha bir obyektin tikintisinə başlandığını bildiriblər. Məqsəd neftlə zəngin səhra krallığını turistlər üçün cənnətə çevirməkdir.

Britaniyanın “Foster + Partners” studiyası tərəfindən layihələndirilmiş Laheq kurortu, bol yaşıllığa görə “Əbədi Bağ” adını alıb və ölkənin qərbində yerləşən 90 adadan ibarət arxipelaqı əhatə edəcək. 400 hektarlıq sahəni əhatə edən kurortun mərkəzində diametri 800 metr olan süni dairəvi konstruksiya qurulacaq. Burada lüks apartamentlər, mehmanxanalar, ticarət mərkəzləri, əyləncə zonaları, qolf meydançaları və yaxtalar üçün limanlar inşa ediləcək.

Laheq kurortunun 2028-ci ilə qədər istifadəyə verilməsi planlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930