azturkxeber.az
http://azturkxeber.az

Masallıda şəhid övladları üçün dulusçuluq üzrə master-klas təşkil edilib

23-04-2025


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara regional filialının təşkilatçılığı ilə Masallı rayonunda Vətən müharibəsi şəhidlərinin övladları üçün dulusçuluq üzrə master-klas təşkil edilib.

Tədbir zamanı uzun illər dulusçuluq sənəti ilə məşğul olan sənətkar Cəsarət Nuriyev şəhidlərin övladlarına qədim el sənətinin sirlərini öyrədib. Uşaqlar gil kütləsindən müxtəlif əl işləri hazırlayaraq, bu qədim sənət növü ilə yaxından tanış olublar.

Təşkil olunan master-klas həm uşaqların estetik və yaradıcılıq qabiliyyətlərinin inkişafına töhfə verib, həm də onların sosial adaptasiyasını dəstəkləmək baxımından mühüm əhəmiyyət daşıyıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930