azturkxeber.az
http://azturkxeber.az

“Konstitusiya və Suverenlik İli” çərçivəsində silsilə tədbirlər təşkil olunub

23-04-2025


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb və Şimal regional mərkəzləri tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində Goranboyda və Gəncədə “İnsan hüquqlarının qorunması müasir dövrün fundamental prinsipi kimi”, “Əqli mülkiyyət hüquqlarının qorunması”, “İnsan hüquqlarının müdafiəsi mexanizmləri” və “Keçmişdən gələcəyə müstəqilliyimiz və suverenliyimiz” mövzularında silsilə hüquqi-maarifləndirici tədbirlər keçirilib.

Azturkxeber.az xəbər verir ki, bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, tədbirlərdə dövlət müstəqilliyimizin bərpasından sonra ilk milli Konstitusiyanın qəbul olunması, habelə ölkəmizdə həyata keçirilmiş hüquqi islahatlardan bəhs edilib. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən olunmuş əsas insan hüquq və azadlıqları və həmin hüquqların müdafiəsi mexanizmləri, xüsusilə də müstəqil insan hüquqları müdafiə mexanizmi kimi Ombudsman təsisatının fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930