BVF-dən xəbərdarlıq: Britaniya iqtisadiyyatı tariflərin təsirinə düşür
Beynəlxalq Valyuta Fondu (BVF) Birləşmiş Krallığın iqtisadi artım proqnozunu aşağı salıb.
Qurum 2025-ci ildə ölkə iqtisadiyyatında 0,5 faiz, 2026-cı ildə isə 0,1 faiz azalma gözlədiyini açıqlayıb.
BVF bu zəifləməni ABŞ Prezidenti Donald Trampın ticarət müharibəsinin təsiri, yüksək inflyasiya və artan enerji xərcləri ilə əlaqələndirib. Proqnozlara görə, 2026-cı ildə Böyük Britaniya iqtisadiyyatı cəmi 1,1 faiz, 2027-ci ildə isə 1,4 faiz artacaq ki, bu da əvvəlki gözləntilərdən aşağıdır və digər Avropa ölkələri ilə müqayisədə daha zəif göstəricidir.
Böyük Britaniyanın maliyyə naziri Reçel Rivz ABŞ-ın maliyyə naziri Skott Bessentlə görüşərək ticarət tariflərini müzakirə edəcək və mənfi iqtisadi təsirləri azaltmaq üçün razılıq əldə etməyə çalışacaq.