azturkxeber.az
http://azturkxeber.az

Avtobus zolağına daxil olan sürücülərə xəbərdarlıq

23-04-2025

Paytaxt ərazisində yerləşən avtobus zolaqlarında ümumi istifadədə olan nəqliyyat vasitələrinin - avtobusların fasiləsiz, intensiv və təhlükəsiz hərəkətinin təşkili məqsədilə polis əməkdaşları tərəfindən nəzarət-profilaktik işlər davam etdirilir.
Sərnişinlərin marşrutlar üzrə hərəkətinə maneə yaradan avtomobillər müəyyən olunaraq barələrində inzibati tədbirlər görülür. Zolaqlar üzrə hərəkət üstünlüyünə malik avtobuslarda olan vətəndaşları gecikdirən halların aradan qaldırılması üzrə inzibati tənbeh tədbirləri ilə yanaşı təbliğat-maarifləndirmə işi təşkil olunub.
Tədbirlərdə avtobus zolağına daxil olaraq ictimai nəqliyyatın hərəkətinə maneə yaradan sürücülər saxlanılır, onlarla profilaktik söhbətlər aparılır və mövcud qanunvericiliyin tələbləri barədə məlumatlar verilir. Etdikləri qanun pozuntusunun digər vətəndaşlarımıza yaratdığı çətinliklər izah olunmaqla bu halın yüzlərlə vətəndaşın gecikməsinə və hərəkət intensivliyinə təsir etdiyi onların diqqətinə çatdırılır.
Bir daha vurğulayırıq ki, ictimai nəqliyyatdan istifadə edən şəxslərə hörmətlə yanaşılmalıdır. Qaydalara əməl etmək şəhərin nəqliyyat şəbəkəsində hər bir sürücünün əsas vərdişi, davranışı və intizamı olmalıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930