azturkxeber.az
http://azturkxeber.az

Avstraliya hakimiyyəti koalaların kütləvi şəkildə məhv edilməsinə icazə verib

23-04-2025

Avstraliya hakimiyyəti koalaların kütləvi şəkildə məhv edilməsinə icazə verib

Son bir ay ərzində Avstraliyanın Viktoriya ştatında yerləşən Maunt Ekls (və ya Buc Bim) milli parkında hakimiyyətin göstərişi ilə snayperlər helikopterlərdən 750-yə qədər koalanı vuraraq öldürüblər.

Yüzlərlə koala ötən ay təxminən 2000 hektarlıq ərazini məhv edən meşə yanğınından sonra keçirilmiş heyvanların güllələnməsi üzrə “planlı” aksiya zamanı ölüb.

Təbiəti mühafizə orqanlarının nümayəndələri bildiriblər ki, bu addım zəruri olub, çünki yanğından sonra bir çox koala ciddi yaralanmış, susuzluqdan və ya aclıqdan ölmək üzrə imiş.

Hadisə Avstraliya əhalisi və heyvan müdafiəçilərinin kəskin reaksiyasına səbəb olub. Heyvan müdafiəçiləri bildiriblər ki, helikopterdən müşahidə aparmaq koalanın vəziyyətini düzgün qiymətləndirməyə imkan vermir. Bundan əlavə, yetkin fərdlərin məhv edilməsi onların balalarının da ölməsinə səbəb ola bilər.

Xatırladaq ki, koalalar artıq nəsli kəsilməkdə olan növlər sırasına daxil edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930