azturkxeber.az
http://azturkxeber.az

“Həyatının memarı-Sən özünsən” adlı layihə çərçivəsində maarifləndirici görüşlər keçirilib

22-04-2025

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı, Səhiyyə Nazirliyinin və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərinin 49, 74, 193, 263 və 327 nömrəli tam orta məktəblərində narkomaniya ilə mübarizə məqsədli maarifləndirici görüşlər keçirilib.

Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Nailə İbrahimova, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar mərkəzinin həkim-mütəxəssis Ülkər Camalova narkomaniyanın insan sağlamlığına zərəri, cəmiyyət üçün yaratdığı problemlər və onunla mübarizə istiqamətində həyata keçirilən kompleks tədbirlər barədə geniş məlumat verərək, sağlam həyatın vacibliyindən danışıblar.

Yuxarı sinif şagirdləri, valideyn və məktəb psixoloqlarının iştirak etdiyi görüşlərdə yeniyetmə və gənclərin elmə, idmana marağının artırılması, asudə vaxtının düzgün təşkil olunmasının əhəmiyyətindən bəhs edilib.

Daha sonra “Narkomaniya yox edir!” adlı video-çarx nümayiş etdirilib.

Yekunda “Biz narkotiklərə Yox deyirik”, “Yox” deməyi bacar! maarifləndirici kitabçalar informativ resurs kimi məktəblərin kitabxanasına təqdim olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930