azturkxeber.az
http://azturkxeber.az

Fərid Qayıbov Xüsusi Olimpiya Komitəsinin nümayəndələri ilə görüşüb

22-04-2025

Aprelin 22-də gənclər və idman naziri Fərid Qayıbov Xüsusi Olimpiya Komitəsinin nümayəndələri ilə görüşüb. Görüşdə Komitənin idmançıları və onların məşqçiləri də iştirak ediblər.

Nazir Fərid Qayıbov çıxış edərək Komitənin yeni rəhbərliyini təbrik edib, birgə layihələrin təşkili, regionlarda xüsusi ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasının təmin edilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Xüsusi Olimpiya Komitəsinin yeni sədri Vüqar Behbudov regionlarda bu sahədə kütləviliyin artırılması, Komitənin gələcək inkişaf strategiyasının hazırlanmasının əsas prioritetlər sırasında olduğunu qeyd edib.

Görüş çərçivəsində idmançılar və onların məşqçiləri iştirak etdikləri yarışlar, əldə etdikləri nəticələr barədə məlumat verib, gələcək yarışlarda iştirakın təmin edilməsinin, motivasiya baxımından davamlı dəstəyin vacibliyini vurğulayıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930