azturkxeber.az
http://azturkxeber.az

Çinin kompüter texnologiyaları şirkəti ilə görüş keçirilib

22-04-2025

Şirkətlə Azərbaycanda noutbukların istehsalının lokallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Çin-Azərbaycan Sənaye və İnvestisiya Əməkdaşlığının Təşviqi Konfransı çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Çinin “Shenzhen Hasee Computer Co.” kompüter texnologiyaları şirkəti arasında görüş keçirilib.

Görüşdə şirkət tərəfindən ölkəmizdə noutbukların istehsalının lokallaşdırılması imkanları barədə fikir mübadiləsi aparılıb, bazara inteqrasiya üzrə strategiya ilə bağlı məlumatların təqdim olunmasına və danışıqların davam etdirilməsinə dair razılıq əldə olunub.

Qeyd edək ki, aprel ayının 17-də keçirilən Çin-Azərbaycan Sənaye və İnvestisiya Əməkdaşlığının Təşviqi Konfransında əməkdaşlığın hüquqi çərçivəsinin müəyyən edilməsi məqsədilə AZPROMO və “Shenzhen Hasee Computer Co.” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930