azturkxeber.az
http://azturkxeber.az

AZƏRBAYCANÇILIQ FƏLSƏFƏSİ

22-04-2025


Əgər zamanla rəqs edən söz- sir xəzinəsinə rast gəlsən, bil ki müəllifi azərbaycanlı şairlər Nizamidir, Füzulidir.

Əgər Aristotelin ya ağ, ya qara rənginin arasında çoxlu rənglər çəkirsə bu azərbaycanlı alim Lütfi Zadədir.

Əgər alman təyyarəsindən yuxarıda uçan sovet təyyarəsi görürsənsə bil ki, azərbaycanlı alim Yusif izooktana nəsə edibdir.

Əgər səhralardan keçib, kosmosa gedən karvanın özünəməxsus səsi gəlirsə bil ki, azərbaycanlı bəstəkar Üzeyirin, Soltanın bəstəsidir.

Əgər şərqdə ilk demokratik Respublika görürsənsə bu azərbaycan xalqıdır.

Əgər bir xalqı iki əsrdir sahillərinə səpib ayran çay görürsənsə bu Arazdır.
Dünyanı fəth edən Teymurun 15 il girə bilmədiyi qalanı görmək istəyirsənsə bu Əlincədir.

Əgər evdən xəstəyə yemək gətirən həkim görürsənsə bu azərbaycanlı həkimdir.

Qışın qarlı alatoran səhərində şagirdini çağıran müəllim görürsənsə azərbaycanlı müəllimdir, dünən şagirdi ilə həll edə bilmədiyi məsələni gecə səhərə kimi düşünüb həll etmişdir.

Əgər dişlərində süngü, bir əlində silah, bir əlində yaralı yoldaşı sıldırıma çıxan əsgər görürsənsə bil ki, azərbaycanlı əsgərdir.

Əgər başqalarına özü təskinlik verən şəhid atası görürsənsə, bu azərbaycanlı daş kişidir, milli yaddaş kişidir.

Əgər ağ saçlarından bu dünya ilə o dünya arasında körpü salmış , gözlərində hər damlası dünya boyda kədər olan qadın görürsənsə, o azərbaycanlı anadır, ayaqları cənnət qoxlu dünyadır.

Əgər müasir dünyanı bəlalardan xilas edəcək dəyərlər axtarırsansa, bil ki, azərbaycançılıq ideallarıdır.

Əgər bir bayraq görürsənsə, ruhun gülürsə, könlün səmalarda uçursa bu Azərbaycan bayrağıdır,
Bəşəri dəyərlərin, insanlığın, ləyaqəti
dayağıdır.

Sadıq Qarayev.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930