azturkxeber.az
http://azturkxeber.az

Ombudsman Aparatının Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Aytən Tarverdiyeva 'Mavi İşıqlı Yol' konfransında iştirak edib

22-04-2025


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Aytən Tarverdiyeva Azərbaycan Autizm Assosiasiyasının təşkilatçılığı ilə keçirilmiş “Mavi İşıqlı Yol” adlı konfransda iştirak edib.

Tədbirdə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, onların cəmiyyətin tamhüquqlu üzvləri kimi inteqrasiyasının təmini istiqamətində Ombudsman tərəfindən həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verilib. Eyni zamanda, Ombudsman haqqında Konstitusiya Qanununa edilmiş son dəyişikliklərlə Müvəkkilin əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və digər sahələrdə mandatının genişləndirildiyi qeyd edilib.
Eləcə də Ombudsmanın əhalinin həssas qruplarının, o cümlədən autizm spektr pozuntusu olan şəxslərin hüquqlarının müdafiəsi məsələsini diqqət mərkəzində saxladığı qeyd edilib, bu sahədə həyata keçirilən fəaliyyətdən bəhs olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930