azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan Rəssamlıq Akademiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb

22-04-2025

Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan Rəssamlıq Akademiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin 2025-ci ilin "Ətraf mühitin mühafizəsi və yaşıl iqtisadiyyat İli" elan edilməsi haqqında Sərəncamı çərçivəsində ölkədə Beynəlxalq Təsviri və Tətbiqi Sənət Festivalı keçirilir. Tədbirin əsas məqsədi Özbəkistanın mədəni irsinin qorunması və təbliği, gənc istedadların dəstəklənməsi, ənənələrin inkişafı və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsidir.

Festival çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan Rəssamlıq Akademiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Sənədi Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli və Özbəkistan Rəssamlıq Akademiyasının sədri Akmal Nur imzalayıblar.

Sənədə əsasən tərəflər iki ölkənin aidiyyəti qurumları arasında təsviri, tətbiqi sənət sahələrində əlaqələrin möhkəmlənməsi, qarşılıqlı təcrübə mübadiləsi, milli mədəni irs və incəsənət sahəsində ortaq layihələrin həyata keçirilməsi istiqamətində müvafiq iş aparacaqlar.

Qeyd olunur ki, rəssamlarının əsərlərini nümayiş etdirmək üçün ortaq layihələrin həyata keçirilməsi, rəssamlar, heykəltəraşlar və digər incəsənət nümayəndələri üçün ustad dərsləri, seminarlar və təlim proqramlarının təşkili, zəngin mədəni irsinin qorunması və təbliği məqsədilə birgə layihələr, habelə gənc rəssamların və sənətkarların inkişafı üçün müsabiqələr, təqaüd proqramları və sərgilərin təşkili də həyata keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930