Yevlaxda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev aprelin 21-də Yevlax rayonunda vətəndaşları qəbul edib.Qəbulda, əsasən Yevlax və Ağdaş rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.
Vətəndaşların müraciətlərində, əsasən, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq, Böyük Qayıdışla və digər şəxsi xarakterli müraciətlər üstünlük təşkil edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: