azturkxeber.az
http://azturkxeber.az

Ombudsman “Aprelin işığında qadının səsi” adlı tədbirdə iştirak edib

20-04-2025


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Qadın Sağlamlığı Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə “Aprelin işığında qadının səsi” adlı tədbirdə iştirak edib.

Tədbirdə çıxış edən Ombudsman Azərbaycan Respublikasının Konstitusiyası və milli qanunvericiliyi, eləcə də qoşulduğu beynəlxalq hüquqi aktların qadınların hüquq və azadlıqlarının tam və effektiv şəkildə təmin olunmasına zəmin yaratdığını bildirib. O, ölkəmizdə hüquqi və institusional mexanizmlər vasitəsilə gender bərabərliyinin təmininə xüsusi önəm verildiyini qeyd edib.

Müvəkkil dövlət müstəqilliyimizin bərpasından sonra ölkənin bütün sahələrində qadınların rolunu artırmaq məqsədilə bir sıra genişmiqyaslı islahatların həyata keçirildiyini, bu istiqamətdə işlərin ardıcıl olaraq davam etdirildiyini diqqətə çatdırıb.

Səbinə Əliyeva həyata keçirilən islahatların və qadınların idarəetmə orqanlarında təmsilçiliyinin artırılmasının cəmiyyətin bütün sahələrində onların fəallığının yüksəlməsinə şərait yaratdığını qeyd edib, eyni zamanda, qadınların fəallığının artmasının ölkəmizin dayanıqlı inkişafına töhfə verdiyini bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930