azturkxeber.az
http://azturkxeber.az

İstanbulda İsrail-Fələstin qarşıdurmasının dayandırılması məqsədilə parlamentarilərin ilk iclası keçirilib

19-04-2025


İstanbulda İsrail ilə Fələstin arasında davam edən qarşıdurmanın dayandırılması məqsədilə “Fələstini dəstəkləyən parlamentlər qrupunun” ilk toplantısı baş tutub. Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun ev sahibliyi ilə təşkil olunan tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

Tədbirin açılış mərasimində çıxış edən Numan Kurtulmuş bu müharibənin dayandırılması istiqamətində hazırkı beynəlxalq sistemin fəaliyyətsizliyini vurğulayaraq qlobal güclərin dünyada ədaləti, haqqın müdafiəsini və tarazlığı təmin etmək güc və qabiliyyətini itirdiyini deyib.

Tədbirdə çıxış edən Türkiyə Prezidenti toplantının əsas məqsədinin İsrail ilə Fələstin arasında, o cümlədən bölgədə sülhün təmini və bəşəri dəyərlərin müdafiəsi olduğunu qeyd edərək, qlobal sabitliyin yolunun Yaxın Şərqdən keçdiyini bildirib.

Toplantıda ölkəmizi təmsil edən Milli Məclis sədrinin müavini Əli Əhmədov deyib ki, Azərbaycan sülh, əməkdaşlıq ideallarına və prinsiplərinə ürəkdən bağlı ölkədir. Vaxtilə işğala və etnik təmizlənməyə məruz qalmış Azərbaycan müharibə və qarşıdurmaya deyil, sülh və əməkdaşlığa üstünlük verir. Azərbaycan cari ilin yanvarında Qəzza bölgəsində əldə edilmiş atəşkəsi alqışlayır, müvafiq qaydada yerinə yetiriləcəyi və davamlılığına ümidvardır.

O, bildirib ki, ölkəmiz bütün tərəfləri təmkinli olmağa, onsuz da həssas olan atəşkəsə təhlükə yarada biləcək və vəziyyəti gərginləşdirə biləcək hərəkətlərdən çəkinməyə çağırır.

Tədbir digər çıxışlar və mövzu ilə bağlı müzakirələrlə davam etdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930