azturkxeber.az
http://azturkxeber.az

Bakı metropolitenində “Sabahın alimləri” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

19-04-2025

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi “Sabahın alimləri” respublika müsabiqəsində “Fizika və astronomiya” nominasiyası üzrə qalib gəlmiş məktəblilərlə görüş keçirib.

Görüşdə Nərimanov rayonu məktəb-lisey kompleksinin 10-cu sinif şagirdləri – Nigar Səfərova və Şərif Şərifzadə iştirak ediblər. Onların “Smart Metro” layihəsi müsabiqənin münsiflər heyətinin və iştirakçıların böyük marağına səbəb olub, şagirdlər qızıl medalla təltif edilərək ABŞ-də baş tutacaq analoji beynəlxalq yarışmaya vəsiqə qazanıblar.
Tədbir çərçivəsində "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov şagirdlərlə birgə innovativ texnologiyaların metroda tətbiqi, ağıllı idarəetmə sistemləri və kinetik enerji konsepsiyaları barədə müzakirələr aparıb. Gənc tədqiqatçılar öz layihələrinin ideyalarını və gələcək planlarını rəhbərliklə bölüşüblər.
Vüsal Aslanov gənc alimlərin əldə etdikləri uğuru yüksək qiymətləndirərək onların intellektual potensialı və təşəbbüskarlığı ilə qürur duyduğunu bildirib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Görüşün sonunda qaliblərə “Bakı Metropoliteni" QSC-nin dəyərli hədiyyələri təqdim olunub və xatirə şəkilləri çəkdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930