azturkxeber.az
http://azturkxeber.az

Sahibə Qafarova: Torpaqlarımızın işğaldan azad edilməsi xalqımızın ədalətin zəfərinə olan sarsılmaz inamını və onu bərpa etmək əzmini təcəssüm etdirir

18-04-2025

2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə sayəsində Azərbaycan torpaqlarının 30 illik işğaldan azad edilməsi, ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpası, bu torpaqlarda həyatın bu gün yenidən canlandırılması xalqımızın – həm keçmiş, həm də indiki nəsillərin – ədalətin zəfərinə olan sarsılmaz inamını və onu bərpa etmək əzmini təcəssüm etdirir.

Bu fikri Milli Məclisin sədri Sahibə Qafarova Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 1941-1945-ci illərdə faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli iclasında çıxışı zamanı səsləndirib.

Spiker Sahibə Qafarova deyib ki, xalqların nəhəng səyləri ilə qazanılmış bütün böyük qələbələr hər şeydən əvvəl ədalət kimi ali bir dəyərə sonsuz inamın və onun bərpasına göstərilən səylərin nəticəsidir. Məhz bu inam böyük qələbənin başlıca ruhlandırıcı qüvvəsinə çevrilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930