azturkxeber.az
http://azturkxeber.az

Nazirlik: Əmək müqavilələrini “e-sosial” portalının mobil tətbiqi vasitəsilə imzalamaq mümkündür

18-04-2025

Nazirlik: Əmək müqavilələrini “e-sosial” portalının mobil tətbiqi vasitəsilə imzalamaq mümkündür

Vətəndaşlar əmək müqavilələrini daha sürətli, sadə və rahat şəkildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” portalının mobil tətbiqi vasitəsilə də imzalaya bilərlər.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, işəgötürən tərəfindən təsdiq üçün ünvanlanmış müqavilə həmin portalın mobil tətbiqinin əsas ekranında yeni yaradılmış “Əmək müqaviləsinin imzalanması” bölməsində əks olunur.

Vətəndaş müvafiq bölməyə keçid edərək müqaviləni nəzərdən keçirə, həmçinin imzalaya və ya imzalamaqdan imtina edə bilər. İmzalama prosesi SİMA və ya “ASAN imza” vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, ölkəmizin vahid sosial reyestri olan “e-sosial” portalının mobil tətbiqi bu günlərdə yenilənərək daha funksional bir şəkildə vətəndaşların ixtiyarına verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930