İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək
İran Prezidenti Məsud Pezeşkian böyük nümayəndə heyəti ilə Azərbaycana səfər edəcək.
Ölkənin Ticarət Palatasının sədr müavini Hüseyn Pirmüəzzin deyib ki, Ərdəbil və ölkənin şimal-qərb əyalətlərindən 110 özəl sektor fəalı , iş adamı, ölkənin 4 ostanının valiləri də prezidentlə birlikdə Azərbaycana gələcək. Onların bir qismi prezidentin səfəri ərəfəsində - aprelin 28-də Azərbaycana yola düşəcək.
Ümumilikdə Pezeşkianı səfər zamanı 110-120 nəfər müşayiət edəcək.