azturkxeber.az
http://azturkxeber.az

“Azəriqaz” İB-nin baş direktoru Bərdə və Tərtər sakinlərinin müraciətlərini dinlədi

18-04-2025


Aprelin 18-də SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun Bərdə şəhərində növbəti vətəndaş qəbulu keçirilib.

Bərdə rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında baş tutan görüşdə Birliyin baş direktoru Azər Məmmədov Tərtər və Bərdə rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib. Birliyin baş direktoru görüşdə iştirak edən 60-dan artıq vətəndaşın hər birini fərdi qaydada dinləyib. Qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər məsələlərin isə araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti struktur bölmələrə göstəriş verilib. Görüş zamanı müraciət edən sakinlərə fərdi mənzillərin qazlaşdırılması, sayğac quraşdırılması, qaz xəttinin yerinin dəyişdirilməsi, işə qəbul prosesi və s. məsələlərlə bağlı prosedurlar barədə də ətraflı məlumat verilib. Ünvanlanan müraciətlərin icrası nəzarətə götürülüb və nəticələri barədə vətəndaşlara əlavə məlumatların veriləcəyi bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930