18 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Dövlət Xidmətinin "Orta Əsr Ağsu Şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunun, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi Ağsu rayon Mədəniyyət Mərkəzi və Ağsu rayon Uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə "18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" münasibəti ilə tədbir keçirilib.
Tədbir çərçivəsində ilk öncə Qoruqdakı abidələrə ekskursiya təşkil olunub, qazıntı sahələri-sənətkarlıq məhəlləsi, Cümə Məscidi, buzxana və hamam-yaşayış kompleksi ilə tanışlıq olub.
Tədbir Ağsu rayon Mədəniyyət Mərkəzinin "Qönçə" Xalq Çalğı Alətləri ansamblının, həmçinin Ağsu rayon Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin hazırladığı konsert proqramı ilə davam edib.
Mənbə: Azturkxeber.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.