azturkxeber.az
http://azturkxeber.az

Vətəndaşa hədə-qorxu gəlib pul tələb edən şəxs saxlanılıb

17-04-2025

Bu barədə Azturkxeber.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, aprelin 15-də paytaxt sakini olan 45 yaşlı kişi polisə müraciət edərək tanışlarından biri onu barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib və bu yolla 169 min 100 manatını ələ keçirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 41 yaşlı G.Əfəndiyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930