azturkxeber.az
http://azturkxeber.az

Ukrayna nümayəndə heyəti tərəfdaş ölkələrlə danışıqlar aparacaq

17-04-2025

Ukrayna nümayəndə heyəti tərəfdaş ölkələrlə danışıqlar aparacaq

Ukrayna nümayəndə heyəti tərəfdaşlarla danışıqlar aparmaq üçün Parisə gəlib.

Nümayəndə heyətinə Ukrayna Prezident aparatının rəhbəri Andrey Yermak, xarici işlər naziri Andrey Sibiqa və müdafiə naziri Rustem Umerov daxildir.

Azturkxeber.az bu barədə A.Yermakın “Telegram” kanalında məlumatına istinadla xəbər verir.

Onun sözlərinə görə, səfər çərçivəsində “müəyyən edilmiş ölkələrin koalisiyası”nın nümayəndələri ilə bir sıra ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi planlaşdırılır. Söhbət Fransa, Almaniya və Böyük Britaniya təmsilçilərindən gedir.

Hazırda Fransada səfərdə olan ABŞ nümayəndələri ilə də görüşlər nəzərdə tutulub.

“Biz Ukraynanın və bütün Avropanın təhlükəsizliyi üçün vacib məsələlər üzərində işləyirik”, -deyə Ukrayna Prezident aparatının rəhbəri vurğulayıb.

Xatırladaq ki, ABŞ-ın iki yüksəkvəzifəli rəsmisi - dövlət katibi Marko Rubio və ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi və Ukraynadakı müharibə ilə bağlı danışıqlar prosesinin iştirakçısı Stiv Uitkoff Fransada səfərdədir.

ABŞ Dövlət Departamentinin daha əvvəl bildirdiyi kimi, Vaşinqton rəsmiləri aprelin 16-dan 18-dək Parisdə olacaqlar. Rubio və Uitkoffun səfərinin məqsədi Ukraynada müharibəyə son qoymaq üçün avropalı tərəfdaşlarla danışıqlar aparmaqdır. Dövlət katibi Fransada Vaşinqtonu maraqlandıran məsələləri də müzakirə edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930