azturkxeber.az
http://azturkxeber.az

Terrorçu qruplaşma "Yerkrapa" silahlı erməni döyüşçüləri Azərbaycanın şərti sərhədinə göndərib

17-04-2025

“Yerkrapa” terror təşkilatı Ermənistan-Azərbaycan şərti sərhədindəki döyüş mövqelərinə yeni terrorçular göndərib.

Azturkxeber.az xəbər verir ki, bu barədə “44th Ranger Regiment” Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, silahlı qruplaşmanın sıralarında Azərbaycana qarşı müharibələrdə iştirak etmiş terrorçular var:

“Həmçinin separatçı əski parçasını qoluna yapışdıranları da görmək olar. Bu addımlar regionda sülh və sabitliyə ciddi təhdid yaradır. Ermənistanın “sülh” açıqlamaları ilə bu amillər birbaşa ziddiyyət təşkil edir. Belə terrorçuların mövqelərə yerləşdirilməsi açıq təxribatdır. Təxribatın və qanunsuz hərbi fəaliyyətin bütün məsuliyyəti Ermənistan hərbi-siyasi rəhbərliyinin və onu dəstəkləyən qüvvələrin üzərindədir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930