azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfərə gəlib

17-04-2025

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının (MDB PA) Şura, 58-ci plenar və 1941–1945-ci illərdə faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfərə gəlib.
Azturkxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, “Pulkovo” hava limanında spiker Sahibə Qafarovanı Sankt-Peterburq Qanunvericilik Məclisinin sədr müavini Nikolay Bondarenko, deputat Andrey Ələsgərov, Sankt-Peterburq hökumətinin Xarici əlaqələr komitəsinin sədri Yevgeni Qriqoryev, MDB PA Şurasının baş katibi Dmitri Kobitski, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, Milli Məclisin MDB PA-dakı daimi nümayəndəsi Aydın Cəfərov, Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulu vəzifəsini icra edən Anar Yusifzadə və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın MDB PA-nın Şura və plenar iclaslarında çıxışı, tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930