azturkxeber.az
http://azturkxeber.az

“Kəpəz”in kapitanı: Komandada heç kim Premyer Liqanı tərk etmək barədə düşünmür

17-04-2025

“Kəpəz”in kapitanı: Komandada heç kim Premyer Liqanı tərk etmək barədə düşünmür

“Məncə, yaxşı oyun alındı. Həm bizim, həm də rəqibin fərqlənmək üçün fürsətləri oldu”.

Bu sözləri “Kəpəz”in kapitanı Yeqor Xvalko Misli Premyer Liqasının XXX turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri matç (0:0) barədə klubun rəsmi saytına açıqlamasında deyib.

Müdafiəçi hər iki tərəfin qələbə qazanmaq üçün şanslı olmasına baxmayaraq, matçın heç-heçə bitdiyini bildirib: “Qalib gələ və ya məğlub ola bilərdik. Turnir cədvəlinə baxsaq, nəticəni normal hesab etmək olar. Həmişə qələbə qazanmaq istəyirsən. Amma unutmayın ki, bunu rəqib də arzulayır”.

Y.Xvalko 8 xallıq fərqə baxmayaraq “sarı-göylər”in hələ elitada qalmaq tapşırığının öhdəsindən gəlmədiyini bildirib: “Qarşıda 6 oyun var. 8 xallıq fərqin olması yaxşıdır. Amma çempionat bitməyib. Daha çox xallar yığmaq lazımdır ki, Premyer Liqada yerimizi təmin edək. Turnir cədvəlində daha yuxarı pillələrə qalxa bilərik. “Sumqayıt” və “Şamaxı” ilə xal fərqimiz böyük deyil. İrəliyə baxmalıyıq”.

Belaruslu oyunçu komandada özünəinam hissinin yüksək olduğunu qeyd edib: “Kollektivdə uşaqlar bir-birilərinə etibar edirlər. Heç kim düşünmür ki, biz elitanı tərk edə bilərik. Bu amil uğur qazanmaq üçün vacib xüsusiyyətlərdəndir. Əksinə, hamı yaxşı oyunlar, yuxarı yerlər haqqında fikirləşir. Bizim nəticələrimiz qış fasiləsindən sonra düzəldi. Bu, bizə yaxşı şeylər barədə düşünməyə səbəb yaradır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930