azturkxeber.az
http://azturkxeber.az

Bakı-Quba-Rusiya ödənişli yol ilə paytaxt istiqamətində hərəkət qismən bərpa olunub

17-04-2025

Bakı-Quba-Rusiya ödənişli yol ilə paytaxt istiqamətində hərəkət qismən bərpa olunub

Şabran rayonu ərazisində baş vermiş intensiv yağıntılar nəticəsində dağlardan gələn böyük sel kütləsi Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun 129-cu kilometrində yolun hərəkət hissəsinə dolub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, yolun sözügedən hissəsində quraşdırılmış su keçidləri və suötürücü borular eyni anda gələn böyük sel kütləsini ötürməyə gücü çatmadığı üçün Bakı şəhəri istiqamətində hərəkət məhdudlaşıb.

Görülmüş tədbirlər nəticəsində yola yığılmış su kütləsinin səviyyəsi bir qədər azaldılaraq ödənişli yol ilə paytaxt istiqamətində hərəkət qismən bərpa olunub.

Hazırda güclü yağışın yolda səbəb olduğu fəsadların aradan qaldırılması istiqamətində operativ qərargah yaradılıb, əraziyə xüsusi texnika və qüvvə cəlb olunmaqla mövcud şəraitə uyğun olaraq tədbirlər görülür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930