azturkxeber.az
http://azturkxeber.az

Ali Məclisin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

17-04-2025


Aprelin 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsinin iclası keçirilib.

Komitə sədri Emin Şıxəliyev gündəlikdə duran məsələni - Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatını diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Aparatının Qanunvericilik və proqramların icrasına nəzarət şöbəsinin müdiri Zakir Məmmədov və İqtisadiyyat şöbəsinin əməkdaşı Elnur Əliyev hesabat layihəsi haqqında məlumat veriblər.
Gündəlikdə duran məsələ ətrafında müzakirələr aparıldıqdan sonra İqtisadi siyasət komitəsinin rəyi oxunub, “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı” irad və təkliflər nəzərə alınmaqla Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə tövsiyə olunub.
Naxçıvan Muxtar Respublikası






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930