Milli Məclisin deputatı Günay Ağamalının Neftçala rayonu, Qaraqaşlı kənd Sənətkarlıq evində vətəndaşlarla növbəti görüşü keçirildi
12 Aprel 2025-ci ildə Milli Məclisin deputatı Günay Ağamalının Neftçala rayonu, Qaraqaşlı kənd Sənətkarlıq evində vətəndaşlarla növbəti görüşü keçirildi.
İlk öncə torpaqlarımızın azadlığı və suverenliyimizin bərpası uğrunda canlarından keçən qəhraman şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edildi.
Daha sonra, ölkəmizin beynəlxalq müstəvidə qazandığı uğurlardan bəhs edən Millət Vəkili Cənab Prezident İlham Əliyevin Azərbaycanın milli maraqlarını qorumağa, iqtisadi inkişafını təmin etməyə, regional və qlobal miqyasda nüfuzunu artırmağa və ən əsası hər bir vətəndaşın sosial rifahını yüksəltməyə hesablanmış çöxşaxəli dövlətçilik siyasəti haqqında görüş iştirakçılarına məlumat verdi.
Ardınca, Millət Vəkili Günay Ağamalı vətəndaşların səsləndirdiyi müraciətləri və təklifləri dinlədi, qanunvericiliyin tələbləri əsasında onların həlli istiqamətində zəruri işlərin görüləcəyini diqqətə çatdırdı.