Heydər Əliyev Beynəlxalq Aeroportu ştat rejimdə fəaliyyətini davam etdirir

Bu barədə Azturkxeber.az hava limanına istinadən xəbər verir.
Uçuş-enmə zolaqları, aerodrom kompleksi və terminal binaları tam istismar vəziyyətindədir və reyslərin təhlükəsiz qəbulu və yola salınması üçün texniki cəhətdən tam hazırdır.
Hazırda hava limanı ərazisində şimal və şimal-qərb istiqamətində küləyin sürəti 40–50 m/s qədər güclənib. Bütün aviasiya təhlükəsizliyi tələblərinə ciddi əməl olunur və aidiyyəti xidmətlər gücləndirilmiş iş rejimində çalışır. Aviaşirkətlər və meteoroloji qurumlarla fasiləsiz koordinasiya təmin olunur, hava şəraitindəki dəyişikliklərə operativ reaksiya verilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: