azturkxeber.az
http://azturkxeber.az

Birbankdan möhtəşəm yaz kampaniyası: Birbank Visa taksit kartı sahibləri üçün onlayn alış-verişlərdə əlavə keşbek imkanı

16-04-2025

Birbank müştəriləri üçün yaz mövsümünə özəl kampaniya təqdim olunur. 15-29 aprel tarixlərini əhatə edən kampaniya çərçivəsində Birbank Visa taksit kartı sahibləri onlayn ödənişlərə əlavə keşbek qazanmaq imkanı əldə edəcəklər.

Kampaniya müddətində Birbank Visa taksit kartı ilə edilən 50 AZN və daha yüksək məbləğdə bütün onlayn ödənişlərə əlavə 5% keşbek təqdim olunur. Kampaniya çərçivəsində qazanıla biləcək maksimum əlavə keşbek məbləği isə 30 AZN təşkil edir.
Kampaniya şərtləri haqqında ətraflı məlumat üçün: https://b-b.az/oek
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi,118 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930