azturkxeber.az
http://azturkxeber.az

İsa Rüstəmov Avropa çempionatında üç medal qazandı

15-04-2025


Ağırlıqqaldırma üzrə Azərbaycan yığma komandasının üzvü İsa Rüstəmov Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilən Avropa çempionatında uğurla çıxış edib. 

Azturkxeber.az xəbər verir ki, atletimiz birdən qaldırma hərəkətində 138 kq nəticə göstərərək bürünc medala sahib olub.

Təkanla qaldırma hərəkətində 170 kq ağırlığı başı üzərinə qaldıran İsa bu dəfə fəxri kürsünün birinci pilləsinə yüksəlib.

Toplamda 308 kq nəticəyə imza atan idmançımız yekun sıralamada ikinci olub və iki hərəkətin cəmində Avropa çempionatının gümüş mükafatını qazanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930