azturkxeber.az
http://azturkxeber.az

Ordubad SES-in illik 190 milyon kilovat-saat elektrik enerjisi istehsal etməsi nəzərdə tutulur

12-04-2025

Ordubad rayonu ərazisində, Araz çayı üzərində inşa edilən Ordubad Su Elektrik Stansiyası (SES) Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rola malik olacaq.
Azturkxeber.az -ın məlumata görə, bu sözləri Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətinin rəhbəri Mətin Abbaslı deyib.
O bildirib ki, hesablamalara görə, gücü 36 meqavat olan bu stansiyanın ildə 190 milyon kilovat-saat elektrik enerjisi istehsal etməsi nəzərdə tutulur.
Bu göstərici Naxçıvan Muxtar Respublikasının əvvəlki illərdəki enerji tələbatının təxminən 30 faizini ödəməyə imkan verəcək.
"Hazırda Su Elektrik Stansiyasında tikinti işlərinin 60 faizi tamamlanıb. Layihənin davamı üçün İran tərəfindən əlavə işlərin aparılmasına imkanlar yaradılmalıdır".
"Qeyd edək ki, SES-in su anbarının ümumi tutumu 1,5 milyon kubmetr təşkil edir. Stansiyaya daxil olan suyun miqdarı əsasən “Araz” su qovşağının məcrasına gələn axından, həmçinin Azərbaycan və İran arasında birgə istismar olunan “Araz” SES-lərinin illik və gündəlik iş rejimindən asılı olacaq". - deyə Dövlət Xidmətinin rəsmisi bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930