azturkxeber.az
http://azturkxeber.az

Binə Atçılıq Mərkəzində cıdır mövsümünün ilk yarışları keçirilmişdir

12-04-2025

12 aprel 2025-ci il tarixində Binə Atçılıq Mərkəzində cari ilin ilk cıdır yarışları baş tutmuşdur. Qarabağ atlarının iştirakı ilə keçirilən yarışlarda yerli atçılıq ictimaiyyətinin nümayəndələri və atsevərlər iştirak etmişlər.
Yarış proqramı çərçivəsində 10 atın mübarizə apardığı 2 qaçış təşkil olunmuşdur. Dörd yaşlı Qarabağ atları arasında keçirilən qaçışda Hilal Nəzərov “Ada” ləqəbli atla birinci, Azər Əliyev “Senator” ləqəbli atla ikinci, Rauf Tahirov isə “Həkəri” ləqəbli atla üçüncü yeri tutmuşdur.
Beş yaş və yuxarı Qarabağ atlarının yarışında isə qalib yenə Hilal Nəzərov olmuş və bu dəfə “Xatun” ləqəbli atla birinci yerin sahibi adını qazanmışdır. İkinci yerə “Kainat” ləqəbli atla Azər Əliyev, üçüncü yerə isə “Buta” ləqəbli atla İsgəndər Allahverdiyev layiq görülmüşdür.
Qeyd edək ki, növbəti cıdır yarışlarının 26 aprel 2025-ci il tarixində keçirilməsi planlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930