azturkxeber.az
http://azturkxeber.az

Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində növbəti tədbir keçirilib

11-04-2025

Üzeyir Hacıbəylinin ev-muzeyində dahi bəstəkarın 140 illik yubileyinə həsr olunmuş növbəti tədbir keçirilib.

Tədbiri giriş sözü ilə ev-muzeyin direktoru, Azərbaycanın Xalq artisti, bəstəkar Sərdar Fərəcov açıb.

O, çıxışında Prezident İlham Əliyevin Sərəncamı ilə keçirilən yubiley tədbirlərinin əhəmiyyətini vurğulayıb və Üzeyir Hacıbəylinin Azərbaycan və dünya musiqi tarixində müstəsna yerini qeyd edib, onun zəngin yaradıcılıq irsinin qorunub-saxlanmasının vacibliyinə diqqət yönəldib.

Xor kollektivinin bədii rəhbəri, Əməkdar müəllim Təranə Yusifovanın rəhbərliyi ilə təqdim olunan musiqi proqramı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində fəaliyyət göstərən və Cahangir Cahangirovun adını daşıyan xor kollektivi çıxış edib. “Leyli və Məcnun” operasından bəstələr, “O olmasın, bu olsun” operettasından duetlər, “Arşın mal alan” operettasından əsərlər, xalq mahnıları və bəstəkarın digər əsərləri səsləndirilib.

Tədbirin sonunda sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı Üzeyir Hacıbəylinin yaradıcılığı, xor kollektivinin fəaliyyəti haqqında fikirlərini bölüşüb. Muzeyin ekspozisiya və kütləvi tədbirlər şöbəsinin müdiri Vəfa Bağırzadə xor kollektivinə və onun rəhbəri Təranə Yusifovaya muzey adından təşəkkür məktubu təqdim edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930