azturkxeber.az
http://azturkxeber.az

Ukrayna Parlamenti yayda prezident seçkilərinin keçirilməsi məsələsinə aydınlıq gətirib

11-04-2025

Ukrayna Parlamenti yayda prezident seçkilərinin keçirilməsi məsələsinə aydınlıq gətirib

“Ukraynada hərbi vəziyyət və səfərbərlik mayın 8-dən sonra da uzadılacaq. Bu qərar Rusiyanın davam edən hücumları fonunda veriləcək”.

Bunu “Reuters”ə müsahibəsində Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk deyib.

O, müharibənin hələ bitmədiyini vurğulayıb.

Ali Radanın sədri bildirib ki, ABŞ və Rusiya prezident seçkilərinin keçirilməsi üçün Kiyevə təzyiq etsələr belə, Parlament demokratiyanı dəstəkləməkdə qərarlıdır.

Stefançuk hələ də hücum altında olan ölkədə azad və ədalətli seçkilərin keçirilməsinin praktiki və hüquqi cəhətdən qeyri-mümkünlüyünü qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930