azturkxeber.az
http://azturkxeber.az

Naxçıvanda xarici ticarət iştirakçıları ilə görüş keçirilib

11-04-2025

Naxçıvan Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə görüş keçirilib.

İdarədən bildirilib ki, görüşdə gömrük sistemində aparılan təkmilləşdirilmələrin, yeni istifadəyə verilmiş layihələrin idxal-ixrac əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsinə, rəsmiləşdirmə prosesinə sərf edilən vaxt itkisinin və əlavə xərclərin minimuma endirilməsinə şərait yaradıldığı vurğulanıb.

Həmçinin məcburi qərarların qəbul edilməsi və biznes subyektlərinin fəaliyyətinə təsiri, eləcə də gömrük bəyannamələrinin düzgün tərtib olunması ilə bağlı sahibkarlara və gömrük təmsilçilərinə ətraflı məlumat verilib.

Yekunda təklif və rəylər dinlənilib, tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930