azturkxeber.az
http://azturkxeber.az

İran XİN: ABŞ Tehranın dialoqa razılıq verməsini qiymətləndirməlidir

11-04-2025


İran XİN: ABŞ Tehranın dialoqa razılıq verməsini qiymətləndirməlidir

Vaşinqton Tehrana qarşı davam edən aqressiv ritorikaya baxmayaraq, İranın danışıqlara razılıq verməsini qiymətləndirməlidir.

İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai bu barədə özünün sosial media hesabında yazıb.

“Tam ciddilik və aşkar ehtiyatla biz diplomatiyaya real şans veririk. ABŞ İrana qarşı davam edən aqressiv ritorikaya baxmayaraq qəbul edilən bu qərarı yüksək qiymətləndirməlidir”, – deyə İsmail Baqai bildirib.

İran və ABŞ nümayəndə heyətləri arasında məsləhətləşmələrin birinci raundu aprelin 12-də Omanda baş tutacaq. Danışıqlarda İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff iştirak edəcək. Tehranın bəyanatına görə, danışıqlar birbaşa deyil, Omanın vasitəçiliyi ilə aparılacaq. ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus isə tədbirin danışıqlar deyil, görüş kimi xarakterizə edilməli olduğunu vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930