azturkxeber.az
http://azturkxeber.az

Energetika naziri Ucarda vətəndaşlarla görüşüb

11-04-2025

Energetika naziri Pərviz Şahbazov Ucarda vətəndaşlarla görüşüb.

Energetika Nazirliyindən bildirilib ki, Ucar rayon Heydər Əliyev Mərkəzində təşkil edilmiş görüşdə vətəndaşların elektrik enerjisi təchizatı, şəbəkəyə qoşulma, enerji verilişində fasilələr, mühafizə zonaları, keyfiyyət göstəriciləri, borc və cərimələr, naqillərin, dirəklərin və transformatorların istismar vəziyyəti, yeni transformatorun, elektrik və qaz sayğaclarının quraşdırılması, qaz təchizatı, işlə təminat, eləcə də təşəkkür və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş görüş zamanı Ucar, Ağcəbədi, Zərdab, Kürdəmir, Göyçay və Mingəçevir rayonlarından olan 39 vətəndaş iştirak edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930