![]()
Dünən Bakıda qəzaya səbəb olan avtomobilin sürücüsü ilə bağlı bəzi məlumatlar əldə edilib.
Belə ki, "BYD"-nin sürücüsünün ayağında elektron qolbaq olub.
Onun azadlığı Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən (dələduzluq) məhdudlaşdırılıb.
O da məlum olub ki, sürücü avtomobili başqa bir şəxsin adından qeydiyyatdan keçərək idarə edib.
Qəza ilə bağlı "Bolt"dan bildirilib ki, həmin avtomobilin buraxılış kartı 8 aprel tarixində ləğv olunub:
"Sürücü əvvəlcədən bu barədə məlumatlandırılmışdı, lakin texniki səbəblərlə əlaqədar sistemdə bloklanma prosesi müəyyən vaxt tələb edir".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.