azturkxeber.az
http://azturkxeber.az

Bakı və İrəvan sülh sazişini bu şəhərdə imzalayacaq

11-04-2025

Rusiya Prezidenti Vladimir Putin mayın 9-da Moskvada Qırmızı meydanda keçiriləcək paraddan öncə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşəcək.

Azturkxeber.az xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” nəşri mənbələrə istinadla məlumat yayıb.

“Rusiya dairələrindən bizə verilən məlumata görə, razılıq əldə olunacaq ki, may bayramlarından sonra Ermənistan və Azərbaycan Almatıda hansısa sülh sənədi imzalasın. Paşinyan Ermənistan-Azərbaycan danışıqlarının mərkəzinə Almatı Bəyannaməsini qoyduğu üçün Qazaxıstan imzalanma yeri kimi təsadüfən seçilməyib”, - məlumatda qeyd olunub.

Ermənistan baş nazirinin mətbuat xidmətinin rəhbəri Nazeli Baqdasaryan məsələ ilə bağlı şərh verməkdən imtina edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930